Saatlıda qadın özünü yandırıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Dədə Qorqud kəndində baş verib.
Kənd sakini, 1946-cı il təvəllüdlü Muradova Umleyla Allahqulu qızı üstünə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib.
Ətrafdakı adamların müdaxiləsi sayəsində yanğın söndürülüb və qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR