Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda kişi girov götürülüb - 10 min manat pul tələb edirlər

2019-05/1559287617_455cf0d3794ef2e.jpg

KRİMİNAL

632

31.05.2019, 11:26

\"\"  Bakıda 41 yaşlı kişi girov götürülüb.
ONA-nın məlumatına görə, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciət edərək oğlu, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarovun mayın 28-də paytaxtın M.Şərifli küçəsindən qaçırıldığını bildirib. O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar. Həmin şəxslər ondan övladını azad etmək üçün 10 min manat pul tələb ediblər. Qadın tələb olunan pulun 8 min manatını verib. Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.