Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13990
az

Bakıda arvadının başını kəsib, meyiti binadan atan kişi kimdir? -Qətlin ŞOK təfərrüatı

10:4631 May, 2019
2463
KRİMİNAL
  • A
 
Bakıda arvadını bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Oxu24.com  xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, hadisə mayın 30-u saat 16 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

1978-ci il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızının bədənində kəsici-deşici xəsarətlər olan meyiti M.Fətəliyev küçəsində yerləşən binanın qarşısında tapılıb. Rayon polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.


{banner_reklam}

F.Məmmədovanı öldürməkdə şübhəli bilinən əri, 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xatırladaq ki, ilkin yayılan məlumata görə, V.Məmmədov arvadı F.Məmmədovanı yaşadığı mənzildə başını kəsərək dördüncü mərtəbədən aşağı atıb. Onların birgə nikahdan iki övladı var.

Bundan öncə də V.Məmmədov arvadına yüngül həyat tərzi keçirməsinə görə bıçaqla xəsarət yetirib, həmin zaman isə qadının həyatını həkimlər xilas edib. Bu hadisə ilə bağlı hazırda məhkəmə çəkişməsi gedir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Yasamalda 20 yaşlı qız özünü binadan atıb