Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda fotoqraf faciəvi şəkildə öldü

2019-05/1559210391_1559208322_759084.jpg

KRİMİNAL

607

30.05.2019, 13:58

\"\"  Dünən Kürdəmir rayonunda baş vermiş dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu24.com  publika.az-a istinadən xəbər verir ki, günorta saatlarında Kürdəmir şəhərinin Nizami küçəsi, ev 9 ünvanında birmərtəbəli 4 otaqlı evin yanması nəticəsində vəfat edən 1978-ci il təvəllüdlü Namiq Rafiq oğlu Əliyev fotoqraf olub. Rayonun tanınmış fotoqraflarından olan Rafiq Əliyevin oğlu olan Namiq atasının peşəsini davam etdirirmiş. Evin hansı səbəbdən yanması hələlik məlum deyil. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.