Mayın 14-də saat 05:00 radələrində Stansiya Mingəçevir-Mingəçevir-Bəhramtəpə yolunun Beyləqan rayonu ərazisindən hissəsində piyadanın vurulması hadisəsi qeydə alınıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü hadisə yerindən qaçıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, naməlum avtomobillə piyada Məhərrəm Məmmədovun vurulması faktına görə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
{banner_reklam}
Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Ağcəbədi rayon sakini Xəyal Sarıyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törətməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
X.Sarıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR