Qaynar xətt:

(+99450) 247 90 86

26 nəfər saxlanılıb - DİN məlumat yaydı

2019-05/1559199864_din_mvd_azerbaijan_140118-0-0-0.jpg

KRİMİNAL

583

30.05.2019, 11:04

\"\"  Ötən gün ölkə yollarında baş verən 2 yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.