Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxda Ukrayna vətəndaşı çayda batdı 

Qazaxda Ukrayna vətəndaşı çayda batdı 

KRİMİNAL

1078

18.07.2025, 22:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

Oxu24.com APA-ya istinadən bildirir ki, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.

Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsüdür. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.