Yevlax rayonunda kişinin gənc qızın boğazını kəsərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Alyona Yanqarovanın boğazını kəsərək meyitini Varvara kəndindən keçən su kanalına atan Fərmanov Əhliman İbiş oğlu taksi sürücüsü olub.
İcarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə.Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb.
Qeyd edək ki, hadisəni törədən şəxs Yevlaxın Qaramanlı kənd ərazi dairəsinə daxil olan Nəmərli kəndində doğulub. Lakin sonradan o, ailəsindən boşanıb və dələduzluq əməlinə görə həbs edilib. Əvvəllər məhkum olunmuş Ə.Fərmanov artıq polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-------------
12:30
Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyiti tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun Bakı şəhər sakini Alyona Yanqarova olduğu müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunan Ə.Fərmanov saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Oxu24.com
ŞƏRHLƏR