Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda motosiklet yük maşınına çırpılıb, ata ölüb, oğlu xəsarət alıb

2019-05/1558947628_385ceba44d01ed4.jpg

KRİMİNAL

616

27.05.2019, 13:00

\"\"  Paytaxtın Xətai rayonuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com -a verilən məlumata görə, mayın 26-da Xətai rayonunun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi “Zontes” markalı motosikleti yolun kənarında dayanmış “Foton” markalı yük avtomobilinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.