Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda qadınlar arasında dava: Yaralı var

Yevlaxda qadınlar arasında dava: Yaralı var

KRİMİNAL

1045

26.05.2019, 09:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Yevlaxda qonşu qadınlar arasında düşən davada bir nəfər ciddi xəsarət alaraq başından yaralanıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhəri, Elçin Ağayev küçəsi 90 ünvanında baş verib.
Belə ki, qeyd olunan ünvanda qonşu qadınlar arasında başlayan mübahisə qızışaraq əlbəyaxa davaya çevirilib. Nəticədə 1982-ci ilə təvəllüdlü rayon sakini Məhərrəmova Bəsti Fərman qızı müxtəlif bədən xəsarətləri alıb. Dava etdiyi şəxs və ya şəxslər həm də onun başını yarıb. Xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib. Bir müddət sonra isə B.Məhərrəmova ambulator şəraitdə müalicəsini davam etdirməsi üçün evə buraxılıb.