Yük maşınlarından 10 min manatlıq oğurluq edilib
18 Noyabr 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1460
19.05.2025, 11:45
Mayın 16-na keçən gecə Şabranda Vətən müharibəsi qazisi 23 yaşlı Akif Zeynalzadə ilə həyat yoldaşının öldüyü yol qəzasının bəzi təfərrüatları üzə çıxıb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı A.Zeynalzadənin “Azsamand” markalı avtomobili Bakı-Quba-Rusiya sərhədi yolunda əks istiqamətdə sürdüyü məlum olub.
Bildirilib ki, hadisədən əvvəl Sabirabad rayon sakini A.Zeynalzadə həyat yoldaşı Dinara ilə birgə Xaçmazın Tel kəndinə gediblər.
Onlar Dinaranın birinci nikahdan olan övladını onun valideynlərinin yanında qoyaraq Bakı istiqamətində yola düşüblər.
Lakin Şabran rayonu ərazisində olarkən Akif və Dinara fikirlərini dəyişiblər və uşağı özləri ilə aparmaq qərarına gəliblər. Buna görə 23 yaşlı Akif avtomobili saxlayaraq geriyə - əks istiqamətdə hərəkət etməyə başlayıb. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən “Renault” markalı yük maşınına çırpılıb.
Akif və hamilə həyat yoldaşı hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
18:45 / 18 Noyabr 2026
1
18:37 / 18 Noyabr 2026
39
18:33 / 18 Noyabr 2026
41
18:22 / 18 Noyabr 2026
57
18:17 / 18 Noyabr 2026
70
18:11 / 18 Noyabr 2026
84
18:05 / 18 Noyabr 2026
77
18:00 / 18 Noyabr 2026
78
17:51 / 18 Noyabr 2026
74
17:49 / 18 Noyabr 2026
76
17:45 / 18 Noyabr 2026
83
17:25 / 18 Noyabr 2026
97
17:20 / 18 Noyabr 2026
107
17:20 / 18 Noyabr 2026
119
17:11 / 18 Noyabr 2026
319
17:05 / 18 Noyabr 2026
102
16:52 / 18 Noyabr 2026
264
16:45 / 18 Noyabr 2026
104
16:43 / 18 Noyabr 2026
105
16:41 / 18 Noyabr 2026
99
16:26 / 18 Noyabr 2026
177
16:21 / 18 Noyabr 2026
492
16:05 / 18 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.