Ölən şəxslər görün kimdir - ADLAR
14 Dekabr 2025, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1640
24.04.2025, 14:09
Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib.
Oxu24.com Modern.az-a istinadla xəbər verir ki, ötən həftə A.Həsənova adlı qadın (ad şərtidir – red.) sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökumə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb.
Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, qadın həyat yoldaşı barəsində qeyri-etik, təhqiramiz ifadələr işlədib.
A.Həsənova polis tərəfindən aşkarlanıb və inzibati qaydada tutularaq polis şöbəsinə gətirilib. Xanım etdiyi əməli səmimi etiraf edib.
Həmçinin oxuyun
O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün həbs qərarı verilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
23:35 / 14 Dekabr 2025
7
22:57 / 14 Dekabr 2025
34
22:24 / 14 Dekabr 2025
146
21:54 / 14 Dekabr 2025
59
21:51 / 14 Dekabr 2025
48
21:45 / 14 Dekabr 2025
119
21:33 / 14 Dekabr 2025
140
20:58 / 14 Dekabr 2025
416
20:50 / 14 Dekabr 2025
104
20:16 / 14 Dekabr 2025
896
19:55 / 14 Dekabr 2025
105
19:50 / 14 Dekabr 2025
58
19:36 / 14 Dekabr 2025
63
19:27 / 14 Dekabr 2025
219
19:22 / 14 Dekabr 2025
89
18:57 / 14 Dekabr 2025
3095
17:55 / 14 Dekabr 2025
949
16:45 / 14 Dekabr 2025
1423
15:41 / 14 Dekabr 2025
1046
15:09 / 14 Dekabr 2025
110
14:56 / 14 Dekabr 2025
220
14:08 / 14 Dekabr 2025
2400
13:58 / 14 Dekabr 2025
129
13:27 / 14 Dekabr 2025
141
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.