Qaynar xətt:

(+99450) 247 90 86

Göyçayda 11-ci sinif şagirdini avtomobil vurdu

2018-05/1525283348_qeza-yol-.jpeg

KRİMİNAL

1341

02.05.2018, 21:49

\"\" Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.
“Oxu24.com” APA-ya istinadən xəbər verir ki, rayonun Qaraxıdır kəndində Dilqəm Səlimov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızını vurub. Qaraxıdır kənd orta məktəbinin 11-ci sinif şagirdi Ramilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.