İş adamının 35 yaşlı oğlu evində ölü tapıldı
25 Avqust 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
506
27.02.2025, 16:55
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında Ağadadaş Ağayevin xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunmasını istəyib.
Ağadadaş Ağayevin vəkili Asim Abbasov müdafiə çıxışı üçün vaxt istəyib.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.
Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.(Report)
00:04 / 25 Avqust 2026
111
00:01 / 25 Avqust 2026
67
23:54 / 24 Avqust 2026
76
22:49 / 24 Avqust 2026
105
22:49 / 24 Avqust 2026
107
22:25 / 24 Avqust 2026
212
22:06 / 24 Avqust 2026
81
21:40 / 24 Avqust 2026
79
21:17 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
133
20:58 / 24 Avqust 2026
112
20:28 / 24 Avqust 2026
83
20:00 / 24 Avqust 2026
85
19:45 / 24 Avqust 2026
99
19:38 / 24 Avqust 2026
100
19:29 / 24 Avqust 2026
93
19:18 / 24 Avqust 2026
213
19:13 / 24 Avqust 2026
87
19:08 / 24 Avqust 2026
1011
19:00 / 24 Avqust 2026
79
18:59 / 24 Avqust 2026
428
18:57 / 24 Avqust 2026
99
18:51 / 24 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.