"Bandotdel" əməliyyat keçirib: Tutlan şəxslər arasında tanınmış ad da var - VİDEO
21 Noyabr 2026, 12:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
314
18.12.2024, 16:13
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəməsi davam edir.
Oxu24.com un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Rasim İldırımın vəkili ibtidai istintaq hərəkətlərinin aparılmasından narazı olub.
Müdafiəçi işin ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edib.
Xatırladaq ki, ötən iclasda zərərçəkmiş tərəfin vəkili təqsirləndirilən şəxsin həbsini istəmişdi. Bu dəfə vəkil Sadiq Rəsulov həmin vəsatətini əsaslandırıb. Deyib ki, bu, şəxslərin dələduzluqla bağlı birinci işi deyil. Bu səbəbdən də məhkəmədən gizlənmə ehtimalları yüksəkdir. Dəymiş ziyan da tam ödənilmədiyindən seçilmiş qətimkan tədbiri həbslə əvəzlənməlidir.
Prokuror bu məsələni məhkəmənin mülahizəsinə buraxsa da, müdafiə tərəfi etiraz edib.
Rasim İldırımın vəkili deyib ki, müvəkkilinin məhkəmədən gizlənmək niyyəti yoxdur, ziyanı da yavaş-yavaş ödəyir.
Rasim İldırım elə bu gün məhkəməyə cibində 20 min manatla gəlib. O, həmin məbləği zərərçəkmişə dəymiş ziyanı ödəmək üçün gətirib.
Məhkəmə qaldırılan vəsatətlərlə bağlı qərarı növbəti iclasa saxlayıb.
R. İldırım, Z. Mirzəzadə və Q.Məmmədov biznesmen Qurban Piriyevə rayonların birinə icra başçısı təyin ediləcəyi vədi verərək, onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər.
Onlar əvvəl həbs edilsələr də, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.
12:58 / 21 Noyabr 2026
82
12:46 / 21 Noyabr 2026
456
12:08 / 21 Noyabr 2026
147
11:54 / 21 Noyabr 2026
88
11:50 / 21 Noyabr 2026
115
11:41 / 21 Noyabr 2026
96
11:28 / 21 Noyabr 2026
1082
11:27 / 21 Noyabr 2026
121
11:24 / 21 Noyabr 2026
102
11:16 / 21 Noyabr 2026
100
11:07 / 21 Noyabr 2026
130
11:00 / 21 Noyabr 2026
1178
10:58 / 21 Noyabr 2026
119
10:33 / 21 Noyabr 2026
129
10:28 / 21 Noyabr 2026
143
10:27 / 21 Noyabr 2026
145
10:00 / 21 Noyabr 2026
203
09:42 / 21 Noyabr 2026
171
09:38 / 21 Noyabr 2026
145
09:35 / 21 Noyabr 2026
108
09:33 / 21 Noyabr 2026
128
09:03 / 21 Noyabr 2026
121
00:12 / 21 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.