Qəbul imtahanlarında “köməklik” göstərməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
25 May 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
694
11.12.2024, 14:07
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Vəliyev Bəxtiyar Nurlan oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Oxu24.com ın məlumatına görə, hakim zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Həsənovaya məhkəmə heyətini təqdim edib və hüquqlarını izah edib. Hüquqi varis Samirə Həsənova məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatətini belə İzah edib ki, mərhum bacısı qızı, təqsirləndirilən şəxs isə qardaşı oğludur. Hakim Eldar İsmayılov yerində müşavirə edərək vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.
Sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. Məlum olub ki, Bəxtiyar Vəliyev həyat yoldaşı Xumar Həsənlinin mobil telefonunda başqa bir kişinin şəklini görüb. Bundan sonra Xumarı işlədiyi gözəllik salonundan götürərək onunla birgə evə doğru hərəkət edib və tefonda olan şəkilin kimə məxsus olmasını soruşub. Xumar Həsənli cavab verə bilməyərək evə doğru qaçmaq istəyib. Ancaq Bəxtiyar cibində olan bıçağı çıxardaraq ona bir neçə zərbə endirərək Xumarı həyatdan məhrum edib.
Təqsirləndirilən şəxs baş vermiş cinayətdə özünü qismən təqsirli bilib.
Məhkəmə prosesi 15 yanvar 2024-cü il tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, bu il avqustun 17-də Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış, cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu rayon prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1- ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
18:21 / 25 May 2026
13
18:08 / 25 May 2026
64
17:58 / 25 May 2026
61
17:51 / 25 May 2026
59
16:54 / 25 May 2026
122
16:49 / 25 May 2026
283
16:46 / 25 May 2026
88
16:40 / 25 May 2026
82
16:36 / 25 May 2026
152
16:33 / 25 May 2026
94
16:21 / 25 May 2026
381
15:35 / 25 May 2026
97
15:27 / 25 May 2026
96
15:06 / 25 May 2026
140
15:01 / 25 May 2026
111
14:55 / 25 May 2026
106
14:47 / 25 May 2026
382
14:42 / 25 May 2026
122
14:37 / 25 May 2026
77
14:25 / 25 May 2026
118
14:20 / 25 May 2026
1526
14:05 / 25 May 2026
1453
14:02 / 25 May 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.