Qaynar xətt:

(+99450) 247 90 86

Ana 7 yaşlı qızını döyüb xəstəxanalıq etdi - Azərbaycanda dəhşət -YENİLƏNDİ

Ana 7 yaşlı qızını döyüb xəstəxanalıq etdi - Azərbaycanda dəhşət -YENİLƏNDİ

KRİMİNAL

283

09.09.2024, 21:15

Xudat şəhərində azyaşlı döyülüb.

OXU24.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.