Ağır qəza:Ölənlər var
08 Sentyabr 2026, 09:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
297
09.09.2024, 15:16
“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və Təxirəsalınmaz Yardım Avtoparkı bölməsinin rəisi vəzifəsində işləmiş şəxslər - Hüseynov Vidadi Qaçay oğlu və Hüseynov Vüsal Vidadi oğlu, habelə həmin bölmənin dispetçeri Abdullayev Məhəbbət Əliş oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Vidadi Hüseynovun Məhəbbət Abdullayevlə əlbir olaraq özlərində saxladıqları faktiki işə gəlməyən 36 nəfər işçiyə aid əməkhaqqı kartına köçürülmüş pul vəsaitini nağdlaşdırıb mənimsəmələrinə, eləcə də təqaüdə çıxdıqdan sonra tutduğu vəzifəyə təyin olunan Vüsal Hüseynovla birgə qanunsuz əməllərin davam etdirilməsini təşkil edərək nasaz vəziyyətdə olan avtomobillərə normadan artıq yanacağın sərf edilməsi barədə rəsmi sənədləri saxtalaşdırmasına, sadalanan qanunsuz yollarla əldə etdiyi ümumilikdə 1,1 milyon manatdan artıq pul vəsaitinin bir hissəsini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və digər sübutlar aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Vidadi Hüseynov, Vüsal Hüseynov və Məhəbbət Abdullayev Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2, 32.3,179.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və bu cinayəti təşkil etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.3,308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayəti təşkil etmə), 313 və 32.3,313-cü (vəzifə saxtakarlığı və bu cinayəti təşkil etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
09:23 / 08 Sentyabr 2026
1
09:18 / 08 Sentyabr 2026
94
09:17 / 08 Sentyabr 2026
19
09:15 / 08 Sentyabr 2026
19
00:20 / 08 Sentyabr 2026
177
00:18 / 08 Sentyabr 2026
1230
00:08 / 08 Sentyabr 2026
198
23:59 / 07 Sentyabr 2026
79
23:36 / 07 Sentyabr 2026
251
23:26 / 07 Sentyabr 2026
71
23:22 / 07 Sentyabr 2026
2594
23:16 / 07 Sentyabr 2026
90
23:14 / 07 Sentyabr 2026
391
23:09 / 07 Sentyabr 2026
132
22:44 / 07 Sentyabr 2026
191
22:09 / 07 Sentyabr 2026
127
21:59 / 07 Sentyabr 2026
179
21:45 / 07 Sentyabr 2026
77
21:30 / 07 Sentyabr 2026
66
21:23 / 07 Sentyabr 2026
123
21:03 / 07 Sentyabr 2026
73
20:58 / 07 Sentyabr 2026
77
20:54 / 07 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.