Qaynar xətt:

(+99450) 247 90 86

Bankda narkotik qəbul edən işçi öldü

2018-04/1524907455_meyit35.jpg

KRİMİNAL

2475

28.04.2018, 13:23

\"\" Bakıda bankda ölüm hadisəsi baş verib.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində paytaxtın Nərimanov rayonunda, \"Muğanbank\"ın ofisində baş verib. Paytaxtda təmizlik işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, bankda təmizlik aparan, 1991-ci il təvəllüdlü Yusifov Cavid Davud oglu binanın hamam otağında dünyasını dəyişib. İlkin ehtimala görə, C.Yusifov yüksək dozalı narkotik qəbul edib və maddənin təsirindən dünyasını dəyişib. Faktla bağlı Nərimanov rayonunda araşdırmalar başlanılıb. Meyit Məhkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Mərkəzinə təhvil verilib.