Qaynar xətt:

(+99450) 247 90 86

Belçikada Cəfər Hüseynzadə ilə xanımının 90 minlik saatı oğurlandı

Belçikada Cəfər Hüseynzadə ilə xanımının 90 minlik saatı oğurlandı

KRİMİNAL

276

07.08.2024, 12:27

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

Oxu24.com Haqqin.az-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub.

Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd “Rolex” saatını oğurlayıblar.