Məktəblinin cansız bədəni körpünün altında tapıldı -FOTO
24 Noyabr 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
390
16.07.2024, 14:59
Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb.
DİN-dən bildirilib ki, yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadə olunan tor, digər qadağan olunmuş balıqovlama alətləri və 96 ədəd kefal balığı aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin su bioresurslarından qanunsuz istifadə etməsi nəticəsində ekologiyaya 1056 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.
Qeyd edək ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brokonyerlərə xəbədarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.
Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
22:22 / 24 Noyabr 2026
27
22:16 / 24 Noyabr 2026
47
22:09 / 24 Noyabr 2026
55
22:07 / 24 Noyabr 2026
59
21:54 / 24 Noyabr 2026
141
21:36 / 24 Noyabr 2026
82
21:32 / 24 Noyabr 2026
153
21:26 / 24 Noyabr 2026
79
21:20 / 24 Noyabr 2026
95
21:18 / 24 Noyabr 2026
89
21:03 / 24 Noyabr 2026
166
20:59 / 24 Noyabr 2026
93
20:55 / 24 Noyabr 2026
462
20:50 / 24 Noyabr 2026
149
20:45 / 24 Noyabr 2026
93
20:40 / 24 Noyabr 2026
103
20:34 / 24 Noyabr 2026
107
20:32 / 24 Noyabr 2026
109
20:30 / 24 Noyabr 2026
102
20:30 / 24 Noyabr 2026
114
20:26 / 24 Noyabr 2026
805
20:20 / 24 Noyabr 2026
100
20:05 / 24 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.