Qaynar xətt:

(+99450) 247 90 86

Əmisini öldürən şəxsin məhkəməsi yekunlaşdı - MƏHKƏMƏDƏN

KRİMİNAL

181

24.06.2024, 12:59

Əmisini  xüsusi  amansızlıqla  öldürməkdə  təqsirləndirilən  Elməddin  Fətəliyevin cinayət işi üzrə  Bakı Apellyasiya Məhkəməsində  keçirilən məhkəmə  prosesi  başa çatıb.

 

Oxu24.com xəbər verir ki,hakim Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Baş Prokurorluğun verdiyi protest zərərçəkənlərin və məhkum tərəflərin verdiyi vəsatətlər təmin edilməyib.

Qeyd edək ki,hadisə  ötən  ilin oktyabrın 17-də Xətai rayonu  NZS  qəsəbəsində avtomobil təmiri sexində  baş  verib.

Mübahisə  zamanı  Elməddin Fətəliyev  doğma  əmisi  Arif   Fətəliyevi  3  güllə  yarası  ilə  qəsdən  həyatdan   məhrum  edib. 

Sözügedən  cinayət  işi  üzrə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  hakim  Şəlalə  Həsənovanın  sədrliyi  ilə  keçirilən   məhkəmə  prosesində  qətli  törətməkdə  ittiham  olunan  Elməddin   Fətəliyevə  12 il  müddətinə  cəza  verilib. 

 

 

 

Miri Məcidli