Həmidə Aslanovanın hamamda meyiti tapıldı
25 Noyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
281
11.06.2024, 11:00
“Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla həmin qurumun təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Aydın Hüseynova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
14:58 / 25 Noyabr 2026
1
14:57 / 25 Noyabr 2026
31
14:33 / 25 Noyabr 2026
58
14:30 / 25 Noyabr 2026
72
14:29 / 25 Noyabr 2026
57
14:21 / 25 Noyabr 2026
60
14:03 / 25 Noyabr 2026
265
14:02 / 25 Noyabr 2026
109
14:00 / 25 Noyabr 2026
113
13:56 / 25 Noyabr 2026
96
13:47 / 25 Noyabr 2026
92
13:45 / 25 Noyabr 2026
103
13:27 / 25 Noyabr 2026
649
13:15 / 25 Noyabr 2026
118
13:11 / 25 Noyabr 2026
747
13:10 / 25 Noyabr 2026
138
12:58 / 25 Noyabr 2026
126
12:57 / 25 Noyabr 2026
100
12:55 / 25 Noyabr 2026
123
12:52 / 25 Noyabr 2026
119
12:45 / 25 Noyabr 2026
118
12:37 / 25 Noyabr 2026
120
12:27 / 25 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.