Ağır qəza: Yaralılar var
10 Sentyabr 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3295
04.06.2024, 11:00
Əmisini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Oxu24.com xəbər verir ki, hadisə ötən ilin oktyabrın 17-də Xətai rayonu NZS qəsəbəsində avtomobil təmiri sexində baş verib.
Mübahisə zamanı Elməddin Fətəliyev doğma əmisi Arif Fətəliyevi 3 güllə yarası ilə qəsdən həyatdan məhrum edib.
Sözügedən cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qətli törətməkdə ittiham olunan Elməddin Fətəliyevə 12 il müddətinə cəza verilib.
Cinayət işi üzrə keçirilən məhkəmə proseslərində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə uyğun baxış keçirilsə də, son anda hakim irəli sürülmüş ittihama dəyişiklik edərək 120.1-ci maddə ilə hökm çıxarıb.
Baş Prokurorluğun müvafiq idarəsi çıxarılmış hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verib.
İş üzrə baxış 5 iyun 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək.
Zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı Vəsilə Fətəliyeva bildirib ki,həyat yoldaşını qətlə yetirən Elməddin Fətəliyev məhkəmələrdə hakimlərin gözü qarşısında ona və ailə üzvlərinə azadlığa çıxıb onları da öldürəcəyi barədə hədə-qorxu gəlib.
Vəsilə Fətəliyeva həmçinin bildirib ki, qarşı tərəf Apellyasiya Məhkəməsində hər şeyin onların xeyrinə həll olunacağını və artıq hər şeyin razılaşdırıldığını iddia edib.
Qətlə yetirilən A.Fətəliyevin hüquqi varisinin vəkili Şəms Mirzəyeva bildirib ki,məhkum edilmiş Elməddin Fətəliyev və ona yaxın mənbələrin yaydığı şaiələrin heç bir hüquqi əsası yoxdur.
(Vəkil - Şəms Mirzəyeva)
“Azərbaycan müasir və hüquqi dövlətdir.Məhkəmələrin çıxardığı qərarlar kifayət qədər etibarlı,hüquqi bazaya əsaslanır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə,həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.”,-deyə vəkil bildirib.
Miri
(Hadisə anının videosu)
12:06 / 11 Sentyabr 2026
1
11:59 / 11 Sentyabr 2026
22
11:58 / 11 Sentyabr 2026
24
11:55 / 11 Sentyabr 2026
24
11:50 / 11 Sentyabr 2026
26
11:31 / 11 Sentyabr 2026
46
11:30 / 11 Sentyabr 2026
48
11:00 / 11 Sentyabr 2026
53
10:52 / 11 Sentyabr 2026
775
10:48 / 11 Sentyabr 2026
62
10:44 / 11 Sentyabr 2026
124
10:38 / 11 Sentyabr 2026
62
10:34 / 11 Sentyabr 2026
55
10:33 / 11 Sentyabr 2026
63
10:30 / 11 Sentyabr 2026
60
10:24 / 11 Sentyabr 2026
66
10:02 / 11 Sentyabr 2026
57
09:57 / 11 Sentyabr 2026
687
09:52 / 11 Sentyabr 2026
152
09:29 / 11 Sentyabr 2026
58
09:26 / 11 Sentyabr 2026
118
09:24 / 11 Sentyabr 2026
61
09:22 / 11 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.