Azərbaycanda iş adamı HƏBS OLUNDU
25 Noyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
508
16.05.2024, 16:54
Qusar rayonunda baş vermiş ekoloji hüquqpozmalarla bağlı vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməsi və digər qanun pozuntuları üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluqda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessaul rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.
10:55 / 25 Noyabr 2026
1
10:55 / 25 Noyabr 2026
11
10:52 / 25 Noyabr 2026
20
10:50 / 25 Noyabr 2026
30
10:46 / 25 Noyabr 2026
46
10:35 / 25 Noyabr 2026
56
10:25 / 25 Noyabr 2026
86
10:24 / 25 Noyabr 2026
80
10:15 / 25 Noyabr 2026
88
10:05 / 25 Noyabr 2026
94
09:55 / 25 Noyabr 2026
100
09:50 / 25 Noyabr 2026
222
09:30 / 25 Noyabr 2026
723
09:30 / 25 Noyabr 2026
119
09:26 / 25 Noyabr 2026
127
09:25 / 25 Noyabr 2026
114
09:21 / 25 Noyabr 2026
123
09:00 / 25 Noyabr 2026
115
00:31 / 25 Noyabr 2026
186
00:17 / 25 Noyabr 2026
209
23:55 / 24 Noyabr 2026
208
23:48 / 24 Noyabr 2026
224
23:34 / 24 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.