Qaynar xətt:

(+99450) 247 90 86

Polisdən BÖYÜK ƏMƏLİYYAT: 78 nəfər SAXLANILDI

Polisdən BÖYÜK ƏMƏLİYYAT: 78 nəfər SAXLANILDI

KRİMİNAL

440

04.04.2024, 18:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aprelin 3-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqədar 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.