Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10542
az

6 il əvvəl itkin düşən qadını əri öldürübmüş

19:1804 Mart, 2019
961
KRİMİNAL
  • A
 Bakıda 6 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub.
2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb. 2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda      "Kia"             qaçırıldı