Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10491
az

Lənkəranskini satan qanuni oğru öldü

13:5502 Mart, 2019
984
KRİMİNAL
  • A
 
Əslən Gürcüstandan olan qanuni oğru Cemal Mikeladze (Cemo Tbiliski) 43 yaşında İtaliyada ölüb.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Onun ölümünə səbəb narkotik istifadəsiylə əlaqədar yaranan ağırlaşma olub.

Qeyd edək ki, Cemal Mikeladze 2017-ci ildə İtaliyaya ekstradisiya olunub. O, İtaliyada mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların “yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunub

C.Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, qanuni oğru adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb.

Cemo Mikeladze uzun illər azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ən yaxın adamlarından biri kimi də tanınıb. Amma 2014-cü ildə həbs edildikdən sonra Lənkəranskini satması kriminal aləmdə çaxnaşma yaratmışdı. Onun həbsdən hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda Ded Xasanın qətli ilə bağlı “sirlər açılırdı”. Məktubda iddia edilirdi ki, Dedlə bağlı qətl planını müzakirə etmək üçün Rövşən Lənkəranski, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi Rövşən Lənkəranskinin adı keçirdi. Sonradan məktubu Ded klanının ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bu iddialar bu günədək nə təsdiq, nə təkzib edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ