Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10477
az

Azərbaycanlı arvadının sifarişi ilə ermənini öldürüb

10:2902 Mart, 2019
879
KRİMİNAL
  • A
 
Ötən gün martın 1-də Rusiyanın Ulyanovsk şəhərində andlılar məhkəməsi çoxdandır davam edən səs-küylü məhkəmə işi üzrə yekun qərar çıxarıb. Bu hökmə əsasən erməni biznesmen Amiran Aloyanın arvadı Lidiya Süleymanovanın (Aloyan) sifarişi ilə Azərbaycan vətəndaşı Sahib İbrahimov tərəfindən güllələndiyi sübut olunur.


2014-cü il oktyabrın 8-də erməni sahibkar (milliyətcə əslindəyezidi kürdü olduğu ehtimal edilir) Amiran Aloyanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində, Svirsk küçəsindəki evinin qarşısında arvadının və böyük qızının gözləri önündə tüfənglə güllələyiblər.


İstintaqın versiyasına görə bu qətli Aloyanın arvadı Lidiya sifariş etmişdi və Amirana məxsus çörək sexində işləyən azərbaycanlı Sahib İbrahimova 500 min rubl, 16 kalibrli ov tüfəngi verərək ondan ərini öldürməi istəmişdi. Habelə istintaqın gedişində məlum olmuşdu ki, Sahiblə Lidiya arasında intim münasibətlər də olub.

{banner_reklam}

S.İbrahimo həbs edildikdən sonra müstəntiqlərə bütün təfərrüatları danışıb və sifarişi kimin verdiyini deyib. Amma daha sonra ifadələrindən imtina edib. 2018-ci ilin mayında Ulyanovsk vilayət məhkəməsi İbrahimova və Lidiya Aloyana bəraət verib. İbrahimov bu hökmdən sonra Rusiyanı tərk edib.


Amma prokurorluq hökmdən Rusiya Ali Məhkəməsinə protest verib və işə yenidən baxılıb. Nəhayət andlılar məhkəməsi Süleymanovanın və İbrahimovun Aloyanın qətlində günahkar olduqları təsdiqlənib. Süleymanova təcridxanaya göndərilib, İbrahimovun barəsində isə axtarışın elan olunacağı bildirilir.(Virtualaz.org) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı
Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyitinin tapıldığı ərazidən GÖRÜNTÜLƏR

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var