Qaynar xətt:

(+99450) 247 90 86

Müəllimlər üçün əla fürsət! – Həmkarınızı götürüb Kapital Banka gedin!

2018-10/1539763480_tehsil-2018.jpg

İQTİSADİYYAT

1012

17.10.2018, 12:04

Kapital Bank bütün təhsil işçiləri üçün “Yenə də beş” adlı yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiyadan əmək haqqını Kapital Bank kartları ilə alan təhsil işçiləri yararlana bilərlər.
Oxu24.com-a bankdan daxil olan məlumata görə, aksiya çərçivəsində, təhsil işçisi öz həmkarlarına Kapital Bank-a müraciət etməyi tövsiyə edə bilər və bundan sonra hər ikisi (həm tövsiyə edən şəxs, həm də onun həmkarı) nağd kreditin illik faiz dərəcəsinə 5%-dək endirim əldə edəcək. Həmkarına Kapital Bank-ı tövsiyə edən təhsil işçisinə əlavə olaraq, müəyyən məbləğdə pul mükafatı da veriləcək. Üstəlik, kredit götürənlərə BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 31 dekabr 2018-ci il tarixədək keçirilir. Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az . Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.