Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6001
az

Güzəştli kreditlərlə bağlı yeni qaydalar

21:5010 Oktyabr, 2018
698
İQTİSADİYYAT
  • A
 Məlum olduğu kimi, ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək qurumun tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və onun vəsaitlərindən istifadə qaydası təsdiq edilib.

Oxu24.com xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Eyni zamanda yeni qaydalarda orta həcmli kreditlərin maksimal həddi 1 mln. manata qədər artırılıb.

Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışına, qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə, həmçinin beynəlxalq təcrübənin və innovativ yanaşmaların öyrənilərək sahibkarlara daha faydalı təklif və tövsiyələrin verilməsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradır.

Artıq yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, aqroparkın, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 mln. manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7 700-dən çox yeni iş yerlərinin açılması mümkün olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəldi

Bu şirkət Azərbaycan bazarını tərk edir

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü