BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?
12 Noyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
3148
01.04.2021, 14:55
2021-ci ilin fevralın 25-dən dolların məzənnəsində müşahidə edilən yüksəliş hələ də davam edir.
Dolların aparıcı 6 valyutaya qarşı ortaq məzənnəsini ifadə edən Dollar İndeksi ötən müddətdə 89,9 səviyyəsindən 93,2 səviyyəsinə yüksəlib. ABŞ valyutası qısa müddətdə 3,7 faizə qədər bahalaşıb.
Bahalaşmaya səbəb olan amillər çoxdur.
Sfera.az saytına danışan iqtisadçı-ekspert Xalid Kərimli dolların bahalaşmasını bir neçə səbəblə əlaqələndirdi.
Ekspert söylədi ki, dolların bahalaşmasının əsas səbəblərindən biri ABŞ-da koronavirusla və onun nəticələri ilə mübarizə məqsədilə 1,9 trilyon dollarlıq paketin qəbuludur. Onun fikrincə, hökumətin sürətli pul xərcləmələri iqtisadiyyata müsbət təsir göstərir və ABŞ iqtisadiyyatının inkişaf imkanları yaxşılaşır. Buna görə də müxtəlif beynəlxalq təşkilatlar ABŞ-la bağlı iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.
X.Kərimli dolları bahalaşdıran digər səbəbin ABŞ-da vaksinasiya prosesinin sürətlənməsi olduğunu bildirdi:
"Dolların bahalaşmasına səbəb olan ikinci hadisə Bayden hökumətinin COVID-19 virusuna qarşı peyvəndləməni sürətləndirməsidir. Hökumət hədəfləyir ki, iyun-iyul aylarına qədər əhalinin böyük hissəsini vaksinləşdirsin. Sürətli aparılan vaksinləşmə ona gətirib çıxaracaq ki, ABŞ Avropa ilə müqayisədə daha yaxşı mövqeyə çıxacaq.
Bunlar müsbət xəbərlərdir və ABŞ iqtisadiyyatına ümidi artırır, nəticədə dollar güclənir. Əgər Pasxa bayramı öncəsində ABŞ-da elan ediləcək iqtisadi göstəricilər yaxşı olarsa, onda dolların daha da bahalaşmasını müşahidə edə bilərik”.
Ekspert dolları müxtəlif spekulyasiyaların bahalaşdırmasının mümkün olduğunu da söylədi. Onun qənaətincə, ABŞ-ın fond birjalarında baş verən spekulyasiyaları maliyyələşdirmək üçün qısa müddətdə dollara tələb arta bilər.
00:49 / 13 Noyabr 2026
55
00:34 / 13 Noyabr 2026
73
00:18 / 13 Noyabr 2026
72
00:17 / 13 Noyabr 2026
86
23:53 / 12 Noyabr 2026
477
23:51 / 12 Noyabr 2026
79
23:40 / 12 Noyabr 2026
115
23:34 / 12 Noyabr 2026
85
23:24 / 12 Noyabr 2026
506
23:20 / 12 Noyabr 2026
85
23:19 / 12 Noyabr 2026
89
23:18 / 12 Noyabr 2026
93
23:12 / 12 Noyabr 2026
91
23:03 / 12 Noyabr 2026
93
23:02 / 12 Noyabr 2026
191
22:59 / 12 Noyabr 2026
90
22:55 / 12 Noyabr 2026
104
22:49 / 12 Noyabr 2026
126
22:40 / 12 Noyabr 2026
101
22:24 / 12 Noyabr 2026
166
22:21 / 12 Noyabr 2026
107
22:13 / 12 Noyabr 2026
120
21:55 / 12 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.