Qaynar xətt:

(+99450) 247 90 86

Süveyş kanalını bağlayan gəmi nefti 5 faiz bahalaşdırdı, hər saatda 400 milyon dollar ziyan dəyir

Süveyş kanalını bağlayan gəmi nefti 5 faiz bahalaşdırdı, hər saatda 400 milyon dollar ziyan dəyir

İQTİSADİYYAT

1750

26.03.2021, 22:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aralıq və Qırmızı dənizləri birləşdirən,  Misir ərazisində yerləşən Süveyş kanalı, Evergreen şirkətinin “Ever Given” konteynerdaşıyan gəmisi tərəfindən martın 23-də bloklanandan sonra naviqasiya üçün bağlanıb. “Reuters” agentliyi xəbər verir ki, konteynerdaşıyan gəmi saydan çıxarılmayınca kanal gəmi hərəkəti üçün bağlı qalacaq.

Gəminin saya oturduğu yerdə hazırda qəza yedəkləri çalışır, amma hələki gəmini daha dərin yerə dartmaq mümkün olmayıb. Konteyner gəmisinin bir hissəsinin qumluğa batdığı xəbər verilir. Ekspertlər  deyiblər ki, kanalın açılması üçün bir neçə həftə vaxt lazım gələ bilər. Gəminin saydan çıxarılması üçün hazırda onun göyərtəsindəki konteynerlər boşaldılır, gəminin burun hissəsindəki qum yuyulur. Gəmi yalnız bundan sonra yedəkçilər tərəfindən kanalın daha dərin yerinə dartılacaq.

 

Kanalın bağlanmasına görə adətən Süveyş kanalından istifadə edən gəmilər indi Afrikanı dövrə vurmalı olacaqlar. Ən son məlumatlara görə hazırda götyərtəsində 900 min tonadək neft olan 15-dək tanker kanalın açılmasını gözləyir. Göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında saya martın 23-də oturub. Ekipajın 25 üzvündən heç kim xəsarət almayıb. Konteyner gəmisinin sahibi olan Yaponiya üzrxahlıq edib.

Müşahidəçilər deyirlər ki, gəmiçilik tarixində ən böyük tıxacda 150-dək gəmi ilişib qalıb. Kanalda baş vermiş insident sosial mediada geniş müzakirələrə və hətta zarafatlara səbəb olub. Süveyş kanalı son dəfə 2004-cü ildə Rusiyanın “Sovkomflot” tankerinin saya oturması ilə əlaqədar üç gün bağlı qalıb. Kanal 1967-cı ildə Ərəb-İsrail müharibəsinə görə 8 il qapalı olub. 1973-cü ildə Misir ordusu kanala nəzarəti yenidən ələ alıb. Lakin onun təkrar açılışı 1975-ci ildə baş verib. Dünya konteyner daşımalının üçdə biri və dünya ticarəti yüklərinin 12 faizi Süveyş kanalından keçir.

 

Süveyş kanalının bağlanmasına görə “Brent” nefti 5 faizədək bahalaşıb. Hansı ki, bundan əvvəl neft ucuzlaşmaqda idi. “Bloomberg” agentliyi isə xəbərdarlıq edir ki, kanalın bağlanmasına görə dünyada tualet kağızı qıtlığı yarana bilər. Şirkət Braziliyanın tualet kağısı istehsalı üçün sellüloz təchiz edən “Suzano SA” şirkətinə istinad edir. Dünyada bu xammal təchizatının üçdə biri həmin şirkətin payına düşür. İndi isə xammalın çatdırılması ilə bağlı problem yaranıb və nəticədə istehsal dayana bilər.

 

Ümumiyyətlə, gəminin kanalı bağlaması nəticəsində qlobal ticarətə milyardlarla dollar ziyanın dəyəcəyinə şübhə yoxdur. Bəzi ekspertlərə görə, hətta gəmini sayadan çıxarmaq ümumiyyətlə mümkün olmaya bilər. Çünki bu cür qəzaların nəticəsini aradan qaldırmaq təcrübəsi yoxdur, gəmini sayadan çıxarmaq üçün onun yükünü heç olmasa qismən boşaltmaq lazımdır. Buna isə nə qədər vaxt gedəcək, heç kim bilmir.

 

Gəminin uzunluğu 400 metrdir və o, Çindən Avropaya gedərkən kanalda ilişib. Hesablamalara görə kanalın boş dayanması hər saatda 400 milyon dollar itirilməsi deməkdir. Gəmini istismar edən Tayvan şirkəti “Evergreen Marine” bildirir ki, insident güclü küləyin gəmini kursdan yayındırması nəticəsində baş verib.  Qəfildən güclü küləyə yaxalanan gəmi kursdan yayınıb və təsadüfən saya oturub.

Virtualaz.org

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

139

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

137

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

137

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

141

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

266

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

133

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

157

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

185

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

141

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

217

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

140

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

150

0