Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
14 Noyabr 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2000
13.01.2021, 00:06
Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb”.
Oxu24.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb.
Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır.
“Eyni zamanda, I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də onların aldıqları 100 manat təqaüdlə birləşdirilib və 2021-ci ilin əvvəlindən onlara aylıq 210 manat təqaüd müəyyən edilib”.
O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib:
“Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir.
Ona görə də hazırda yanvar ayının pensiyasını alarkən müvafiq əlavənin olmadığını gördükdə bilsinlər ki, həmin əlavə məbləğ onların təqaüdləri ilə birləşdirilməklə və ya təqaüd formasında veriləcək. Yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin də verilməsi təmin olunacaq.
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan şəxslərə isə bildiririk ki, onlara qeyd edilən təqaüdlər elektron qaydada, proaktiv şəkildə təyin olunaraq ödəniləcək. Buna görə də təqaüd təyinatı ilə bağlı onların hər hansı quruma müraciət etmələrinə ehtiyac yoxdur”.
15:45 / 14 Noyabr 2026
5
15:27 / 14 Noyabr 2026
163
15:25 / 14 Noyabr 2026
67
15:07 / 14 Noyabr 2026
129
15:05 / 14 Noyabr 2026
90
14:44 / 14 Noyabr 2026
113
14:31 / 14 Noyabr 2026
85
14:24 / 14 Noyabr 2026
377
14:19 / 14 Noyabr 2026
93
14:15 / 14 Noyabr 2026
90
14:09 / 14 Noyabr 2026
219
13:50 / 14 Noyabr 2026
1986
13:48 / 14 Noyabr 2026
120
13:16 / 14 Noyabr 2026
117
13:03 / 14 Noyabr 2026
104
12:49 / 14 Noyabr 2026
129
12:25 / 14 Noyabr 2026
121
12:09 / 14 Noyabr 2026
131
11:58 / 14 Noyabr 2026
127
11:50 / 14 Noyabr 2026
112
11:39 / 14 Noyabr 2026
108
11:19 / 14 Noyabr 2026
131
11:09 / 14 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.