Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46371
az

Azərbaycanda un bahalaşdı

23:0012 Yanvar, 2021
2517
İQTİSADİYYAT
  • A

Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Toplantıda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Belə izah edilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Görünür, yanacağın bahalaşması ilk “nəticə”sini verib. Tanınmış jurnalist Zülfiyyə Quluyeva Feysbuk profilində yazıb ki, unun 1 kisəsinin qiymətinin 27 manatdan 33 manata qalxıb. Maraqlıdır, məlum bahalaşmadan sonra  un məhsullarının da qiyməti yüksələ bilərmi? Məsələ ilə bağlı “Sherg.az”a danışan  iqtisadçı ekspert  Nizam Bəydəmirlinin qənaətincə,  siravi vətəndaşlar da bilirlər ki, enerji daşıyıcılarının qiyməti artanda bu, kənd təsərrüfatına, çörəyin istehsalına təsir göstərir:

 

“Ölkə daxilində 300 min tondan  aşağı buğda istehsalı azalıb. Biz buğdanı Rusiyadan idxal edirik, lakin orada buğdanın qiyməti artıb. Məncə, bu sahibkarlara əlavə problem yaşadır.

Hökumət nümayəndələri özləri qiyməti artırırlar. O baxımdan bunu bazarla əlaqələndirmək və ya sahibkarları “qaralayıb” süni qiymət artımı  demək doğru deyil.

Bu, inzibati yollarla sahibkara təzyiq göstərmək anlamına gəlir və bazar iqtisadiyyatına, kommersiya fəaliyyətinə  müdaxilə deməkdir. Əslində belə reydlər “gözə kül üfürmək” məqsədi daşıyır. Ümumiyyətlə, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Sahibkar fəaliyyətindən gəlir əldə edərək dövlətə vergi ödəməlidir. Onun başqa məsuliyyəti yoxdur, qiyməti bazar təyin edir. Təssüflənirəm ki, hökumətin “iqtisadiyyatçıları” bunu belə başa düşürlər.

 

 Ekspert onu da əlavə edib ki, hökumət iqtisadi fəaliyyəti stimullaşdırmalı, kreditlərin dərəcələrini aşağı salmalı və  iqtisadi fəaliyyətə təşviqedici addımlar atmalıdır:

“Xərclər azalmalı, Nazirlər Kabineti kiçilməli və bir-birini təkrar edən qurumlar ləğv edilib birləşdirilməlidir. Belə olan halda tariflər və enerji daşıyıcılarının qiymətlərinin azaldılması mümkündür. Büdcə xərclərini qarşılamaq üçün  çox asan yol seçirlər: tarifləri artırırlar. İqtisadi fəaliyyəti stimullaşdırsaydılar sahibkarlar çox məhsul istehsal edib və gələn gəlirləri vergi kimi dövlət büdcəsinə yönəldə bilərdilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ