Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
14 Noyabr 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1345
05.01.2021, 14:37
Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Azərbaycanda əlaqəli sahələrdə məhsulların qiymətində artım müzakirə mövzusudur.
Azerforum.com xəbər vrir ki, bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:
"Əvvəlcə onu qeyd edim ki, yanacaq bütün növ əmtəələrin, yəni məhsul və xidmətlərin maya dəyərindən daha yüksək, xüsusi çəkiyə malik olan xərc maddəsidir. Ona görə də birmənalı olaraq qeyd etməliyəm ki, bütün istehsal məhsullarının qiymətlərinin artması gözlənilir və artacaq. Qeyd edim ki, hazırda bütün diqqət Aİ-92 və dizel yanacağına yönəlib, amma məsələ burasındadır ki, xam neftin də satış qiyməti artırılıb. Bu gün Azərbaycanda enerji əsasən xam neftin ayrılmasından, yəni ondan ayrılan mazut hesabına alınır. Deməli bu enerjinin də qiymətinə təsiri olacaq.
Hesab edirəm ki, bu Azərbaycanda bütün növ istehsal məhsulların qiymətlərinə təsir edəcək. Qiymət artımı bəzi sahələrdə az, bəzilərində daha çox müşahidə olunacaq.
Hökumətin özünün hədəflədiyi bəzi məhsullar var ki, həmin məhsulların qiyməti bir qədər cilovlansın.
Çörəyin qiymətinin inanmıram ki, sonadək hökumət cilovlaya bilər. İlin ikinci yarısında çörəyin qiyməti qalxacaq. Əgər bu olmasa da, çörəyin çəkisi bir qədər azaldılacaq. Digər məhsullar da onun kimi hesablaacaq".
19:05 / 14 Noyabr 2026
4
18:50 / 14 Noyabr 2026
30
18:43 / 14 Noyabr 2026
61
18:21 / 14 Noyabr 2026
431
18:09 / 14 Noyabr 2026
95
18:06 / 14 Noyabr 2026
404
18:03 / 14 Noyabr 2026
82
17:18 / 14 Noyabr 2026
157
17:15 / 14 Noyabr 2026
105
16:20 / 14 Noyabr 2026
117
16:05 / 14 Noyabr 2026
160
15:45 / 14 Noyabr 2026
122
15:27 / 14 Noyabr 2026
297
15:25 / 14 Noyabr 2026
135
15:07 / 14 Noyabr 2026
272
15:05 / 14 Noyabr 2026
139
14:44 / 14 Noyabr 2026
230
14:31 / 14 Noyabr 2026
127
14:24 / 14 Noyabr 2026
756
14:19 / 14 Noyabr 2026
129
14:15 / 14 Noyabr 2026
119
13:50 / 14 Noyabr 2026
3322
13:48 / 14 Noyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.