Qaynar xətt:

(+99450) 247 90 86

Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı

Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı

İQTİSADİYYAT

727

31.03.2020, 21:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirus pandemiyası səbəbiylə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə kommunal ödənişlərlə bağlı məsələ də var.

Oxu24.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məruzəsində deyib.

“Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Sizin tapşırığınızla biz bunu təhlil etmişik ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik” - deyə nazir bildirib.