Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Kredit ödənişlərini 1 aylıq dayandırdılar

SON DƏQİQƏ: Kredit ödənişlərini 1 aylıq dayandırdılar

İQTİSADİYYAT

1807

31.03.2020, 19:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrşad Telekom” və “Baku Electronics” müştərilərinə dəstək məqsədilə kredit ödənişlərini 1 ay müddətinə dayandırdıqlarını elan ediblər.

Oxu24.com xəbər verir ki, bu barədə bildiriş “İrşad Telecom” və “Baku Electronics”in “Instagram” səhifələrində yerləşdirilib.

“İrşad Telecom”un bildirişində bu qeydlər yer alıb:

“Əziz müştərilərimiz və səhifəmizin izləyiciləri! Sağlamlıq hər şeydən önəmlidir. Krediti düşünmək əvəzinə, dəyərli həyatınızı düşünün. Covid-19 virusu ilə əlaqədar olaraq, sizlərə dəstək olmaq adına aprel ayı üçün aylıq ödənişlərə bir aylıq fasilə verilməsini qərara aldıq.

28 mart tarixindən etibarən, bütün filiallarımızın fəaliyyəti müvəqqəti olaraq, dayandırılır. Bu günlər ərzində sadəcə onlayn sifariş üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Sağlamlığınız bizim üçün hər şeydən önəmlidir”.