“Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək”
19 Noyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
965
24.03.2020, 18:52
“Əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək”.
Oxu24.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən deyib.
Ölkə başçısı bildirib ki, koronavirusla bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri ediləcək, digər imtiyazlar da veriləcək.
“Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir”, - deyə Prezident əlavə edib.
2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə bir milyard manat ayrılıb.
Bununla bağlı martın 19-da Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.