Azərbaycanda yeni iqtisadiyyat portalı "Kommersant.az" saytı fəaliyyətə başlayıb.
Oxu24.com-a açıqlama verən "Kommersant.az"ın redaktoru Məmməd Ağayev bildirib ki, saytı yaratmaqda məqsəd ölkədə və dünyada baş vermiş iqtisadi olayları vaxtında və təhlillərlə oxucuya çatdırmaqdır.
“Saytımız, adından da göründüyü kimi, iqtisadiyyat portalı olaraq fəaliyyət göstərəcək. Ölkədə və dünyada baş vermiş iqtisadi olaylar, maliyyə prosesləri maraq dairəmizdədir. İqtisadi əhəmiyyətli siyasi və sosial məsələlər də portalın mövzu portfelinə daxildir. Müxtəlif layihələrimiz jurnalistikanın məlumatlandırmaq, bilgiləndirmək, maarifləndirmək prinsiplərinə hesablanıb. Biz iqtisadi olaylar fonunda hər hansı kommersiya təşkilatlarının yox, məhz xalqın tərəfindən çıxış edəcəyik. Xəbər siyasətimizə əsasən, vətəndaşların sözçüsü olacağıq”, - M.Ağayev deyib.
Oxu24.com
ŞƏRHLƏR