Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
13 Oktyabr 2026, 12:26
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
942
23.09.2026, 09:47
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır.
Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqqı nə qədər olacaq? Azərbaycanda minimum əməkhaqqının da qarşıdakı illərdə artırılması gözlənilirmi?
Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, hazırda minimum əməkhaqqı 400 manatdır:
“Bu məbləğin təxminən 70 faiz artırılması minimum əməkhaqqının 680 manata çatdırılması deməkdir. Yəni 650-700 manat aralığında məbləğin müəyyənləşdirilməsi minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması anlamına gəlir. Minimum əməkhaqqının hazırkı səviyyədən 50-70 faiz artırılması vacibdir. Bu artım qiymətlərin yüksəlməsi fonunda real gəlirlərin qorunmasına və əhalinin istehlak imkanlarının yaxşılaşdırılmasına xidmət edə bilər. Eyni zamanda, artımın təmin edilməsi üçün müvafiq maliyyə imkanları da nəzərə alınmalıdır”.
İqtisadçı bildirib ki, indiki şəraitdə bir çox müəssisələrdə işçiyə 700-800 manat maaş verildiyi halda müqavilədə rəsmi olaraq minimum əməkhaqqı məbləği göstərilir:
“Əməkhaqqının digər hissəsi isə qeyri-rəsmi şəkildə ödənilir. Bu baxımdan minimum maaşın artırılması ilə yanaşı, qərarın icrasına da ciddi nəzarət edilməlidir ki, əmək münasibətləri daha şəffaf olsun. Əgər minimum əməkhaqqı 600, 660 və ya 700 manat səviyyəsində müəyyənləşdiriləcəksə, işəgötürənlərin bundan aşağı rəqəm göstərməsinə yol verilməməlidir. Əks halda, minimum əməkhaqqının artırılması formal xarakter daşıya və işçilərin real gəlirlərinə təsiri məhdud qala bilər”.
Ekspert qeyd edib ki, minimum maaşın növbəti illərə saxlanılmadan məhz indiki mərhələdə artırılması daha məqsədəuyğundur:
“Konkret məbləğ müəyyən edilərkən orta aylıq əməkhaqqının səviyyəsi, əhalinin gündəlik ehtiyacları, bazarda qiymət artımları və ölkədəki ümumi iqtisadi proseslər nəzərə alınmalıdır. Bu amillərin nəzərə alınması əmək bazarının daha sabit və şəffaf fəaliyyət göstərməsi baxımından da əhəmiyyətlidir”.
14:00 / 13 Oktyabr 2026
7
13:59 / 13 Oktyabr 2026
19
13:57 / 13 Oktyabr 2026
46
13:47 / 13 Oktyabr 2026
751
13:31 / 13 Oktyabr 2026
167
13:28 / 13 Oktyabr 2026
59
13:20 / 13 Oktyabr 2026
66
13:14 / 13 Oktyabr 2026
127
13:10 / 13 Oktyabr 2026
72
13:01 / 13 Oktyabr 2026
592
12:53 / 13 Oktyabr 2026
80
12:50 / 13 Oktyabr 2026
77
12:45 / 13 Oktyabr 2026
129
12:45 / 13 Oktyabr 2026
64
12:39 / 13 Oktyabr 2026
450
12:36 / 13 Oktyabr 2026
83
12:26 / 13 Oktyabr 2026
67
12:17 / 13 Oktyabr 2026
84
12:15 / 13 Oktyabr 2026
1322
12:00 / 13 Oktyabr 2026
144
11:54 / 13 Oktyabr 2026
4476
11:52 / 13 Oktyabr 2026
124
11:49 / 13 Oktyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.