Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
424
21.08.2026, 15:27
Maliyyə Nazirliyində 4 min manat maaşla iş təklif olunur.
Oxu24.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) Maliyyə Nazirliyində vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə elan edib.
Nazirliyin aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Rəqəmsal media sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə bir vakant yer mövcuddur. Vəzifənin aylıq maaşı 4 min manatdır.
Namizədlərdən iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, filologiya, tərcümə, jurnalistika, dövlət və ictimai münasibətlər, politologiya, sosiologiya, regionşünaslıq, hüquqşünaslıq və ya beynəlxalq münasibətlər ixtisaslarından biri üzrə ali təhsil tələb olunur. Eyni zamanda, müvafiq fəaliyyət istiqaməti üzrə azı bir il iş stajı, “MS Office” proqramları, ofis texnikası və internetdən orta səviyyədə istifadə bacarığı, həmçinin B1 səviyyəsində ingilis dili biliyi şərtdir. Müsahibədə iştirak üçün BA2 sertifikatı tələb olunur.
Vəzifəyə nazirliyin rəqəmsal media üzrə kommunikasiya fəaliyyətinin təşkili, rəsmi internet saytı və sosial şəbəkə səhifələrinin idarə olunması, kontent planlarının hazırlanması, paylaşımların və müraciətlərin gündəlik monitorinqi, statistik göstəricilərin təhlili, eləcə də kommunikasiya materiallarının hazırlanması daxildir.
Müsahibə elanı avqustun 17-də verilib. Namizədlər sənədlərini sentyabrın 15-i saat 18:00-dək təqdim edə bilərlər.
14:20 / 10 Noyabr 2026
28
14:09 / 10 Noyabr 2026
46
14:00 / 10 Noyabr 2026
303
13:44 / 10 Noyabr 2026
81
13:38 / 10 Noyabr 2026
239
13:26 / 10 Noyabr 2026
870
13:24 / 10 Noyabr 2026
101
13:20 / 10 Noyabr 2026
252
13:05 / 10 Noyabr 2026
137
13:00 / 10 Noyabr 2026
117
12:37 / 10 Noyabr 2026
366
12:31 / 10 Noyabr 2026
112
12:21 / 10 Noyabr 2026
478
12:18 / 10 Noyabr 2026
132
12:04 / 10 Noyabr 2026
142
12:00 / 10 Noyabr 2026
310
11:45 / 10 Noyabr 2026
2335
11:42 / 10 Noyabr 2026
108
11:39 / 10 Noyabr 2026
129
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
223
11:04 / 10 Noyabr 2026
129
10:45 / 10 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.