Büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb
06 Avqust 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
104
07.08.2026, 12:25
"Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən gedir”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət yalnız mədaxil hissədəki məhdudiyyətdən (red: 5 dəfədən çox mədaxil olarsa, komissiya tutulacaq) və hər bir məhsul üzrə aylıq 20 min manat mədaxildən gedir: "Razılaşmaya əsasən, ödəniş xidməti istifadəçisinə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil edilməsi limitləşdirilib. Ödəniş aləti istifadəçisinin hər hansı bir məxaric əməliyyatına məhdudiyyət qoymuruq.
Keçmişdə olduğu kimi istənilən ödəniş alətindən istifadə etməklə tam şəkildə öz məxariclərini həyata keçirə bilərlər. Söbət yalnız mədaxil hissədə məhdudiyyətdən və hər bir məhsul üzrə 5 və 20 min manatdan gedir. Bir hesaba bağlıdırsa, biz orada bir ödəniş alətinin ona təqdim edilməsini təklif etmişik. Eyni zamanda, bu əməliyyatların içərisinə onun öz hesabları arasında və yaxın qohumlarına mədaxillərini istisna etmişik”.
13:31 / 07 Avqust 2026
17
13:31 / 07 Avqust 2026
98
13:24 / 07 Avqust 2026
28
13:23 / 07 Avqust 2026
27
13:21 / 07 Avqust 2026
35
13:19 / 07 Avqust 2026
38
13:11 / 07 Avqust 2026
47
12:59 / 07 Avqust 2026
54
12:45 / 07 Avqust 2026
60
12:39 / 07 Avqust 2026
64
12:21 / 07 Avqust 2026
72
12:03 / 07 Avqust 2026
543
12:00 / 07 Avqust 2026
523
11:49 / 07 Avqust 2026
57
11:45 / 07 Avqust 2026
69
11:32 / 07 Avqust 2026
98
11:28 / 07 Avqust 2026
86
11:10 / 07 Avqust 2026
75
11:08 / 07 Avqust 2026
224
10:56 / 07 Avqust 2026
79
10:45 / 07 Avqust 2026
77
10:30 / 07 Avqust 2026
83
10:15 / 07 Avqust 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.