Pensiya yaşına çatıb qeyri-rəsmi işləyənlərə vacib xəbər – Ekspertdən VACİB AÇIQLAMA
22 İyul 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
93
22.07.2026, 15:35
"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.
Oxu24.com məlumatına görə, bununla bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.
Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də "Neftçi" - "Dinamo" (Belarus) matçının keçiriləcəyi "Palms Sports Arena" yaxınlığında yerləşən "Xalqlar dostluğu" stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
İyulun 23-də isə "Qarabağ" - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı "Gənclik", o cümlədən "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.
Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.
Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.
Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.
18:00 / 22 İyul 2026
1
17:47 / 22 İyul 2026
34
17:30 / 22 İyul 2026
40
17:28 / 22 İyul 2026
56
17:20 / 22 İyul 2026
62
17:07 / 22 İyul 2026
64
17:04 / 22 İyul 2026
61
16:58 / 22 İyul 2026
949
16:58 / 22 İyul 2026
74
16:52 / 22 İyul 2026
549
16:47 / 22 İyul 2026
55
16:39 / 22 İyul 2026
68
16:36 / 22 İyul 2026
136
16:31 / 22 İyul 2026
92
16:19 / 22 İyul 2026
60
16:04 / 22 İyul 2026
81
15:47 / 22 İyul 2026
73
15:13 / 22 İyul 2026
81
15:11 / 22 İyul 2026
1571
15:07 / 22 İyul 2026
316
15:06 / 22 İyul 2026
344
14:59 / 22 İyul 2026
182
14:59 / 22 İyul 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.