Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1616
az

Pensiya məbləğinin hesablanmasında nöqsanlar aşkarlandı

19:5810 May, 2018
996
İQTİSADİYYAT
  • A
 Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan audit zamanı artıq pensiya ödənişlərinin olduğunu aşkarlayıb.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, 2017-ci il üzrə aparılan auditin nəticələrinə əsasən, fondun Gəncə şəhər Kəpəz rayonu, Quba, Salyan rayonları və Mingəçevir şəhər şöbələrində məcburi dövlət sığorta haqları üzrə proqnozlar tam icra edilməyib, əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb.

Əlilliyə görə pensiyaşçıların 2017-ci ilin 1 iyul tarixinədək olan dövrdə işləyib-işləməməsi nəzarətdə saxlanılmayıb. Nəticədə işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin müəssisə və təşkilatlarda çalışan muzdlu işçilərə, habelə aktiv sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərə ümumilikdə 203134, 5 manat məbləğində artıq pensiya ödənilib.

Uşaqlarının sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət və eyni zamanda əlilliyə görə pensiya alan bir sıra şəxslərin pensiya məbləğinin üzərinə əmək qabiliyyəti olmayan uşaqlarına görə ailə əlavəsi də hesablanıb. Nəticədə ümumilikdə 22,9 min manat məbləğundə artıq pensiya ödənişi həyata keçirilib.

Bundan əlavə, əmək pensiyalarının baza məlumatları ilə pensiyaçıların plastik kart hesabları üzrə məlumatların üzləşdirilməsi nəticəsində uzun müddət ərzində dövriyyəsi olmayan və ya hesabdan vəsait çıxarılmayan plastik kart hesablarından ümumilikdə 73,3 min manat vəsait qalığının olduğu aşkarlanıb.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb