Neft bazarında qiymətlər yenidən yüksəlir
30 Sentyabr 2026, 09:25
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
596
18.03.2026, 14:26
Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları, təkmilləşdirilmiş interfeys və informativ qərarvermə üçün güclü alətlər təqdim edir.
Azərbaycan kapital bazarına çıxış
Birbank Invest 2.0 ilə istifadəçilər artıq yerli şirkətlərin səhm və istiqrazlarının ilkin (primary market) alışında iştirak edə bilərlər. Tezliklə platformada ilk olaraq PAŞA Bank-ın İlk Kütləvi Təklifi (IPO) təqdim olunacaq, beləliklə istifadəçilər birbaşa PAŞA Bankın səhmdarı olmaq şansı qazanacaqlar. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa IPO prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan yeni investisiya imkanlarından yararlanmaq imkanı yaradacaq.
ABŞ kapital bazarının informativ analizi
Birbank Invest 2.0-da əlavə olunan Şirkət haqqında (Brief Company Info) bölməsi ABŞ bazarında səhmləri satışa çıxarılan şirkətlər barədə əsas məlumatları: fəaliyyət istiqaməti, qısa təsvir, bazar kapitalizasiyası, rəsmi veb-sayt, birjada ticarətə başlama tarixi və digər vacib göstəriciləri birbaşa tətbiq daxilində təqdim edir. Bu yenilik istifadəçilərə əlavə axtarışlara vaxt sərf etmədən daha effektiv və rahat investisiya qərarları qəbul etməyə imkan verir.
Təkmilləşdirilmiş istifadəçi təcrübəsi
Təqdim olunan yeni versiyada interfeys yenilənib, performans artırılıb və Qaranlıq rejimi (Dark Mode) əlavə olunub. Bu rejim xüsusilə gecə və ya zəif işıq şəraitində tətbiqdən daha rahat istifadə etməyə, göz yorğunluğunu minimuma endirməyə imkan yaradır.
Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə əməkdaşlıq çərçivəsində yaradılan platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Sorğu Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
08:03 / 01 Oktyabr 2026
1
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4706
22:16 / 30 Sentyabr 2026
115
21:40 / 30 Sentyabr 2026
482
21:12 / 30 Sentyabr 2026
1189
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
428
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
180
20:10 / 30 Sentyabr 2026
97
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
801
19:26 / 30 Sentyabr 2026
267
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
100
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
102
19:01 / 30 Sentyabr 2026
114
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.