Qaynar xətt:

(+99450) 247 90 86

Qızıl-gümüş REKORD HƏDDƏ

2025/01/07/1736264800_qizil.jpg

İQTİSADİYYAT

73

19.01.2026, 10:45

Nyu York birjasında qızıl və gümüşün qiymətində yenidən rekord artım qeydə alınıb.

 Oxu24.com xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı nəzarətə götürməklə bağlı Avropa

ölkələrinə əlavə rüsumlar tətbiq edəcəyi haqqında açıqlaması səbəb olub. Gərginliyin artması fonunda investorlar

təhlükəsiz liman aktivlərinə yönəliblər.

 Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 1.65% artaraq 4674 ABŞ dollarına bərabər olub.

 COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 5.21% bahlaşaraq 93.14 ABŞ dolları təşkil edib.Sfera.az