Bu şəhər nəzarətə alındı
19 Yanvar 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
435
19.01.2026, 13:40
Bu gün İstanbulun mərkəzində ermənilərin qəzeti kimi tanınan "Agos" qəzetinin baş redaktoru Hrant Dinkin Ogün Samast tərəfindən güllələnərək öldürülməsindən 19 il ötür.
Oxu24.com xəbər verir ki, 5 aprel 1996-cı ildə İstanbulda ilk sayı türk və erməni dillərində çıxan "Agos" qəzetini təsis edən və baş redaktoru vəzifəsində çalışan Hrant Dink, 13 fevral 2004-cü ildə qəzetdə yazdığı məqaləyə görə "türklüyü təhqir etmək"də ittiham olundu və 2005-ci ildə 6 ay həbs cəzasına məhkum edildi.
Azadlığa çıxandan sonra- 19 yanvar 2007-ci ildə “Aqos”un keçmiş redaksiya binasının qarşısında erməni baş redaktor türklərə qarşı yağdırdığı nifrətə görə, türk gənci Ogün Samast tərəfindən güllələnərək qətlə yetirildi.
Erməni xislətli baş redaktorun ölüm səbəblərindən biri: 2004-cü ildə «Aqos» qəzetində dərc etdirdiyi «Sabiha Hatunun sırrı» məqaləsində Livan və Ermənistan mənbələrinə istinadən Atatürkün mənəvi qızı, Türkiyənin ilk qadın hərbi pilotu, boşnak kökənli Sabiha Gökçenin guya erməni əsilli Hatun Sebilciyan olması, «1915-ci il hadisələrindən sonra yetimxanaya düşməsi və buradan övladlığa götürülməsi» iddiasını təbliğ etmiş və bu gün də səngiməyən mübahisələrə səbəb olmuşdu.
Bir müddət sonra isə H.Dink erməni diasporası ilə bağlı məqalələrindən birində belə bir sərt ifadə işlətmişdi:“Türkdən boşalacaq o zəhərli qanın yerini dolduracaq təmiz qan ermənilərin Ermənistanla quracağı əsalətli damarlarda mövcuddur. Yetər ki, bu mövcudiyyətin fərqində olaq”.
Təsəvvür edin ki, ermənilər Hrant Dink məsələsində o qədər sıx birləşiblər ki, hətta Ogün Samast 16 il 10 ay cəzasını çəkib azadlığa çıxsa da, onu yenidən məhkəməyə çıxardılar. Ogün Samast 2023-cü ilin dekabrın 26-da yenidən hakim qarşısına çıxarıldı və o “Silahlı terror təşkilatına üzv olmaq, onun adına cinayət törətmək” (FETÖ- red.) ittihamı ilə 7 il 6 aydan 12 ilə qədər həbs edilməsi tələb edilir.
Həmçinin oxuyun
19 yanvar 2007-ci ildə Türkiyəni saran, bu ölkədə yaşayan ermənilərin və digər ermənipərəst qüvvələrin “Hepimiz Ermeniyiz, hepimiz Hrantız” nümayişləri yəqin ki, çoxunuzun yadındadır.
Bəs türklər nə edir?
1. 15 mart 1921-ci ildə erməni daşnakı Soqomon Teyleryan Almaniyanın paytaxtı Berlində Türk Dünyasının böyük oğlu, Türkiyə xarici işlər naziri Tələt Paşaya qarşı vəhşi terror aktı həyata keçirərək onu qorxaqcasına - kürəyindən açdığı atəşlə qətlə yetirib. Guya ailəsinin qondarma "erməni soyqırımının" dırnaqrarası qurbanları olduğunu "əsas" gətirən Teyleryana İrəvanın mərkəzində abidə qoyulub. Abidə qatilə qoyulmasından əlavə qatilin ayaqları altındakı Tələt paşanın başı nəinki türklər üçün , bütün türk dünyası üçün utancverici bir haldı. Osmanlı dövlətinin keçmiş sədrəzəmi Mehmet Tələt paşanı öldürdü, həyat yoldaşını isə yaraladı.
25 iyul 1922-ci ildə erməni terrorçuları tərəfindən Tiflisdə öldürülən Osmanlı dövlətinin keçmiş hərbi donanma naziri Camal paşanın üstündə tapılan və oğluna ünvanladığı məktub Tələt paşanın öldürülməsinin və bu kimi digər qətllərin səbəbini izah edir: “Oğlum, növbə mənimdir… Tələt və Səid Həlim paşalardan və digər günahsız dostlarımdan sonra məni də öldürəcəklər. Cinayətin səbəbi isə həqiqəti danışmağıma mane olmaq istəyidir”.
2. Erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 33-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib.
Bu cinayətləri törədən erməni terrorçularının bəziləri tapılmayıb. Qanlı cinayətlər törətdiklərinə görə həbs olunanların bir qısmi isə ikili standartlar çərçivəsində qanunsuz olaraq, əsaslandırılmamış şəkildə azadlığa buraxılıb. Axı, niyə qətlə yetirilən 33 diplomatın məsələsi də Hrant Dinkin məsələsi kii uzanmadı?Onların xatirəsi də ən azı Hrant Dinkin xatirəsi kimi hər il yad edilmədi? Türkiyədə Hrant Dink üçün erməni olanlar bir dəfə ermənilər tərəfindən qətl edilən türk diplomatlarına sayğı göstərmədilər, "həpimiz türk" demədilər.
3.Ermənilər 1967-ci ildən bu günə qədər saxta soyqırım iddiaları ilə Türkiyəni yetəri qədər çətin duruma salmağı bacarıb. Dünyanın 100-dən çox ölkəsi artıq rəsmi şəkildə saxta soyqırımını tanıdığını və türklər tərəfindən ermənilərin "soyqırım"a məruz qalma iddialarını dəstəklədiyini bəyan ediblər. Amma təəssüf ki, Türkiyə bunun müqabilində ərazisində yaşayan bir erməni haqqında bir ölçü götürməyib.
Hazırda sosial şəbəkələrdə ermənilərin “Hrant dərdin”ə ürəyi yanarcasına rəy yazanlara , status paylaşanlara ancaq acı- acı hayqırmaq istəyirsən: Özünə dön, kendine qayıt, kendin ol ey türk, rəzillik sənə yaraşmır! Düşmənini tanı!
Əntiqə Rəşid
15:29 / 19 Yanvar 2026
43
15:18 / 19 Yanvar 2026
144
15:05 / 19 Yanvar 2026
57
14:57 / 19 Yanvar 2026
60
14:53 / 19 Yanvar 2026
40
14:26 / 19 Yanvar 2026
728
14:17 / 19 Yanvar 2026
127
14:14 / 19 Yanvar 2026
60
13:35 / 19 Yanvar 2026
72
13:19 / 19 Yanvar 2026
255
13:13 / 19 Yanvar 2026
86
12:58 / 19 Yanvar 2026
1015
12:57 / 19 Yanvar 2026
83
12:43 / 19 Yanvar 2026
65
12:40 / 19 Yanvar 2026
578
12:20 / 19 Yanvar 2026
208
11:57 / 19 Yanvar 2026
68
11:55 / 19 Yanvar 2026
85
11:54 / 19 Yanvar 2026
83
11:36 / 19 Yanvar 2026
82
11:23 / 19 Yanvar 2026
81
11:19 / 19 Yanvar 2026
111
11:11 / 19 Yanvar 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.