Bakıda yaşayanlara sabaki günlə bağlı XƏBƏRDARLIQ
19 Yanvar 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
19.01.2026, 14:17
Azərbaycan musiqi sevərləri rus estrada ulduzu, uyğur əsilli Qazaxıstan vətəndaşı Murat Nəsırovu 1990-cı illərdə “Ya eto tı" və “Malçik xoçet v Tambov” hitləri ilə tanıdı və sevdi.
Oxu24.com xəbər verir ki, 19 ildir pərəstişkarları müğənni Murat Nasırova əslində nə olduğu ilə maraqlanır.
2007-ci ilin 19 yanvar gecəsi Murat Nasırov Moskvada gecələdiyi mənzilin eyvanından yıxılaraq öldü. Əvvəl dedilər ki, intihar edib.
Amma bu versiya yalan oldu. Çünki 2 övladı, sevdiyi həyat yoldaşı vardı (vətəndaş nigahında), karyerasının qızıl dövrünü yaşayırdı, ümumiyyətlə, bütün maddi və mənəvi çətinliklərdən uzaq bir insan niyə qəflətən intihar etsin ki? Bu versiyaya heç kim inanmadı.
İkinci versiya kimlər tərəfindənsə ortaya atıldı. Çünki, bəziləri hadisəyə səbəb kimi spirtli içki və psixotrop maddələri əsas gətirirdi. Məhkəmə -ekpertizadan sonra bu versiya da "suya düşdü". Bununla bərabər “eyvandan yıxılmaq” versiyası da “tarixə qovuşdu".
Demək olar ki, son 19 ildə Maykl Ceksondan sonra ölümü müəmmalı olan ikinci müğənni Murat Nasırov olub və hər il onun yeni bir "ölüm səbəbi" iddiaları yayılıb.
19 ildir ki, Muratsevərlər onun ölüm səbəbini axtarırkən, Ukrayna media orqanı olan “Unian.net” ortaya bir iddia atdı:” FreeDom üçün yeni bir hesabatda Nasirovun Putinin əmri ilə öldürüldüyü iddia edilir. Jurnalistlər "General SVR" Telegram kanalındakı arxivləşdirilmiş paylaşıma istinadən müğənninin hekayəsini danışıblar. Paylaşımda deyilir: "Biz artıq müğənni və bəstəkar Murat Nasyrovun ölümünün faciəvi qəza və ya intihar deyil, Rusiya prezidenti Vladimir Putinin şəxsi göstərişi ilə həyata keçirilən qətl olduğunu bildirmişik".
Nəşrin müəlliflərinə görə, diktator Nasirovun gimnast Alina Kabaeva ilə münasibətindən xəbər tutub. Putinin qısqanclığını cilovlaya bilmədiyi iddia edilib. Telegram kanalına görə, Kabaevanın dostları ilə söhbətində dediyi bir neçə söz günahkar olub.
“2000-ci illərin əvvəllərində Murat Nasırov gimnast Alina Kabayeva ilə tanış olub və qısa bir münasibət yaşayıb. Bu qısa münasibət həm Murat, həm də Alina üçün xoş xatirələrlə yadda qalıb. Sonra - 2006-cı ildə artıq peşəkar idmandan təqaüdə çıxmış Alina Kabayeva Rusiya Prezidenti Vladimir Putinlə romantik münasibətlər qurub.
Həmçinin oxuyun
Münasibətlər tam məxfilik şəraitində inkişaf etdiyi bir dövrdə , yəni, və Kabayevaya Federal Mühafizə Xidmətindən prezidentin etibarlı sirdaşları yaxından nəzarət etdiyi dövrdə sabiq tennisçi ağzından böyük bir səhv buraxdı. O, dostları ilə söhbətlərində Murat Nasırovla münasibətləri ilə bağlı xatirələrini bölüşür və onu indiyə qədər tanıdığı ən yaxşı kişi adlandırır. Sonr isə Nasırovu hələ də sevdiyini söyləyib (hətta artıq Putinlə münasibətdə olsa da)”, - Telegram kanalı bildirib.
Mövzu mediaya sızdırılır və Putin bütün bu məlumatları həzm edə bilmir. O, Kabayevadan 31 yaş böyük və ondan qısa olmasına görə, qısqanclıq hissinə girir. Jurnalistlər qeyd ediblər ki, bütün bunlara Nasırov işi də əlavə edildikdə, diktator artıq tədbirlərə əl atıb.
General SVR yekun olaraq bildirib ki, "bu söhbətlərin səs yazısı 2006-cı ilin noyabr ayının sonunda Putinə təqdim edilib. Bir neçə gün sonra Putin Nikolay Patruşevdən Nasırov məsələsini birdəfəlik həll etməsini istəyib".
Bunun doğru olub-olmadığı hələlik təxmin edilir. Nasırovun Kabayevanı tanıdığı məlumdur. Hətta "Alina" mahnısını da ona həsr edib. İnternetdə gimnastın sənətçinin ətrafında gülümsəyərək rəqs etdiyi və onun haqqında mahnı ifa etdiyi bir video da var”-deyə “Unian.net” yazıb.
Xatırladaq ki, gimnast Anna Kabayeva 2008-ci ildən münasibətdə olduğu Rusiya lideri Vladimir Putinlə birlikdəliyi ilə bağlı xəbərlər öz təsdiqini çoxdan tapıb. Kabayevanın Putindən dən iki övladının olması ilə bağlı iddialar uzun müddətdir ki mediada dilə gətirilir. 2022-ci ildə Putindən üçüncü uşağa hamilə qalması ilə bağlı iddialar rus mediasının gündəmini silkələdi. Mənbələrə görə, həmin vaxt 69 yaşlı Putin Ukrayna müharibəsi davam edən bir dövrdə bu xəbərin şokunu yaşayıb.
İddialara görə, Putin və Kabayevanın ilk oğlu 2015-ci ildə İsveçrədə, ikinci oğlu isə 2019-cu ildə Moskvada dünyaya gəlib. Bir müddət deputat olan Kabayevanın Putinə yaxınlığı sayəsində böyük sərvətə sahib olduğu və İsveçrədə yaşadığı bildirilir.
Əntiqə Rəşid
16:21 / 19 Yanvar 2026
7
16:10 / 19 Yanvar 2026
204
16:01 / 19 Yanvar 2026
92
15:42 / 19 Yanvar 2026
50
15:29 / 19 Yanvar 2026
345
15:18 / 19 Yanvar 2026
585
15:05 / 19 Yanvar 2026
101
14:57 / 19 Yanvar 2026
160
14:53 / 19 Yanvar 2026
55
14:26 / 19 Yanvar 2026
931
14:14 / 19 Yanvar 2026
81
13:40 / 19 Yanvar 2026
533
13:35 / 19 Yanvar 2026
87
13:19 / 19 Yanvar 2026
281
13:13 / 19 Yanvar 2026
96
12:58 / 19 Yanvar 2026
1121
12:57 / 19 Yanvar 2026
97
12:43 / 19 Yanvar 2026
78
12:40 / 19 Yanvar 2026
642
12:20 / 19 Yanvar 2026
221
11:57 / 19 Yanvar 2026
77
11:55 / 19 Yanvar 2026
94
11:54 / 19 Yanvar 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.