Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Rusiyadan nəhəng zavod alır

Azərbaycan Rusiyadan nəhəng zavod alır

İQTİSADİYYAT

795

30.05.2019, 11:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı “Antipinsk” neft emalı zavodunun alınması ilə bağlı danışıqlar aparılır.
Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
O bildirib ki, SOCAR-ın “Antipinsk” zavoduna marağı var. “Danışıqlar aparılır, ancaq hələlik konkret nəticə əldə olunmayıb. Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”, - R.Abdullayev əlavə edib.